пятница, 25 марта 2016 г.

Bitkilər aləmi

Mən bitkilər aləmiyəm. Mənim tədqiqatım oblektim çox genişdir. Mənim ailəmə mamırlarqıjılarqatırquyruğularplaunlarçılpaqtoxumlular və çiçəkli bitkiləri aid etmək olar.


Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır.
Mən insanlar üçün çox faydalıyam. İnsanlar xəstələnəndə mən onlara dərman bitkilərimdən verirəm.  

Uşaqlar mənim meyvələrimi və tərəvəzlərimi çox sevir. Mənim sayəmdə Günəş vasitəsilə fotosintez prosesi gedir və canlıların yaşaması üçün oksigen istehsal olunur. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat tsikli başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Yaşıl bitkilər torpaqdakı mineralların transformasiyasında – bəzilərinin parçalanmasında və yenilərinin sintezində, profilin kökyayılan hissəsinin strukturunun formalaşmasında, həmçinin su-hava və istilik rejiminin formalaşmasında iştirak edir. Yaşıl bitkilərin torpaqəmələgəlmədə iştirakının xüsusiyyəti bitkinin tipindən və bioloji dövranın intensivliyindən asılı olaraq müxtəlifdir.
Bitki formasiyaları haqqında təlimin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir. Bitki formasiyalarının bölünməsinin əsas meyarları kimi V.R.Vilyams tərəfindən bitki qruplaşmasının tərkibi, torpağa daxil olan üzvi qalıqların xüsusiyyətləri və onun mikroorqanizmlərin təsiri altında parçalanmasının xarakteri və aerob və anaerob proseslərin müxtəlif nisbəti götürülmüşdür. O, bu prosesləri mülayim qurşağın ağac və ot formasiyalarının timsalında ətraflı şəkildə təsvir etmişdir. Hazırda bitki senozlarının torpaqəmələgəlmədə rolunu tədqiq edərkən maddələrin bioloji dövranının xarakteri və intensiliyi, həmçinin bioloji rejimi, yəni üzvi maddələrin illik tsikldə torpağa daxil olmasının müddəti və tempi də nəzərə alınır.
Torpaq tədqiqatlarında və ümumiləşdirmələrdə aşağıdakı bitki senozları fərqləndirilir: Ağac formasiyaları qrupuna daxildir: tayqa meşələri, enliyarpaq meşələr, rütubətli subtropik meşələr və rütubətli tropik meşələr;
Keçid ağac-ot formasiyaları qrupuna daxildir: kserofit meşələr, savannalar. Ot formasiyaları qrupuna daxildir: quru dərə və bataqlaşmış çəmənlər, prerilər, mülayim qurşağın bozqırları, subtropik kolluqlu bozqırlar.

Комментариев нет:

Отправить комментарий