Heyvanlar aləmini zoologiya elmi öyrənir. Heyvanların bir çox növləri var. Heyvanlar aləmi çox müxtəlif və zəngindir.
Alimlərin son hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir.
Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton, kiçik qonurdişin kütləsi isə 3 qramdır. Həmçinin balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, qurdlar, cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır. Heyvanları yaşadıqları mühitə görə iki yerə ayırmaq olar: ev heyvanları və vəhşi heyvanlar.
Ev heyvanları
Alimlərin son hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir.
Ev heyvanları
Ev heyvanlarına: inək,qoyun at,uzunqulaq, ördək, toyuq, xoruz, qaz, hind quşu kimi quşlar və başqalarını aid etmək olar. Onlar bizə ət, süd,yun,yumurta və s. verirlər.
İnsan ev heyvanları olmadan keçinə bilməz. Onlar insana qida, isti əşyaların hazırlanması üçün yun verirlər. Bəzi heyvanlar insanla birlikdə yaşayır və onların sadiq dostlarına çevrilirlər.
Ev heyvanlarının da həmçinin insana ehtiyacı olur. İnsanlar ev heyvanlarına su, yemək verir, onlar üçün isti sığınacaq düzəldir , soyuq havadan və mümkün təhlükələrdən qoruyurlar. Ev heyvanları da nə vaxtsa vəhşi olublar, amma insanlar onları əhilləşdirib və belə heyvanlar tədricən vəhşi təbiətdə yaşamalarına kömək edən instinktlərini itiriblər.Ev heyvanlarının bizə xeyirləri çoxdur. Biz ev heyvanlarını qorumalıyıq.
Vəhşi heyvanlar
Vəhşi heyvanlar azadlqda yaşayır və insan köməyinə ehtiyacları yoxdur. Onlar öz sığınacaqlarını özləri qurur, özləri qida əldə edir və təhlükə zamanı özləri müdafiə olunurlar. Bəzən insanlar vəhşi heyvanları əhilləşdirirlər. Onlardan bəziləri bu təlimləri yaxşı qəbul edir. Əhilləşdirilmiş heyvanları sirklərdə görmək olar. Amma buna baxmayaraq vəhşi heyvanlar it, pişik və s. kimi əsl ev heyvanlarına çevrilə bilməzlər.
Комментариев нет:
Отправить комментарий