Təbiət nədir?
-Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan-təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir.
İnsan və təbiət
-Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan-təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir.
İnsan və təbiət
40 ildən artıq Afrika təbiətinin vəhşi aləmi ilə üz-üzə qalan Con Abamson yazır: “İnsan-təbiətin yalnız bir hissəsidir, onun ən ali məhsuludur. Lakin təxminən 5min il bundan əvvəl həmin insan ilk dəfə təbiətə qarşı üsyan etməyə başladı. Həmin təbiətə ki, onu yaşatmış və milyon ildən artıq yedirtmişdir. Beş min il texniki tərəqqi, təbiətin yaratdığı canlılar arasında yeganə ikiayaqlı qiyamçının beş minlik qələbəsi...”
Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu pozulma isə iqlimin qeyri-əlverişli dəyişilə bilməsi kimi qlobal təhlükə ilə nəticələnə bilər.
Fransız alimi C.Dorst qeyd edir ki, Yer kürəsində insanın peyda olması, tarixdə özünü geoloji dövrlərdə heyvanat və bitki aləmində qlobal miqyasda baş vermiş böyük yaradıcı, dağıdıcı və dəyişdirici proses kimi göstərilmişdir.
Təbiətin insana hansı xeyri var?
-İnsandan başqa digər canlılar bir-biri üçün qida rolu oynayır, hətta vəhşi heyvanların da olması vacibdir çünki onlar təmizləyici rolu oynayır. Bir qismi bitkiləri tozlandırır və.s Ancaq insan təbiətdən lazım olandan artıq qarşılıqsız istifadə edir. İnsan düşdüyü mühitdə ətrafı öz eybəcər istəyinə uyğun dəyişir, ətrafı zibilləyir. Demək olar bütün növ heyvan və bitkiləri qida kimi istifadə edə bilir və ən əsası məhdudiyyətsiz artaraq öz növünü coxaldır. Deməli təbiət bizdən heç nəyi əsirgəmir. Yeməyimiz, havamız, sağlamlığımız təbiətdən asılıdır.
Bu qədər yaxşılığın qarşısında bəs insan təbiəti niyə korlayır?
- İnsanlar təbiətdən yalnız istifadə edir, təbiətin qeydinə qalmır və nəticədə təbiəti korlayır.
Bunun üçün hər bir insan təbiəti göz bəbəyimiz qorumalı, ətrafı çirkləndirməməli, yerə zibil tökməməli, təbiəti incitməməlidir.Gəlin təbiəti sevək!